Göygöl rayonunda meşədə iki meyit aşkarlanıb, onlardan biri itkin düşmüş sayılırdı

Göygöldə meşədə iki nəfərin meyitləri aşkarlanıb.

"Report"un Qərb bürosunun məlumatına görə, bir il öncə itkin düşdüyü barədə polisə məlumatı verilən 1996-cı il təvəllüdlü Yasin İbrahimovun Göygöl rayon Toğanalı kənd ərazisində meşəlikdə çürümüş meyiti aşkarlanıb.

Həmçinin meytin yanında daha bir asılmış meyit aşkarlanıb.

Araşdırma zamanı meyitin 1985-ci il təvəllüdlü Esmira Məmmədovaya aid olduğu məlum olub.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39