Göygöl-Gəncə yolunda zəncirvari qəza olub, xəsarət alanlar var - YENİLƏNİB

Gəncə-Göygöl avtomobil yolunda üç nəqliyyat vasitəsinin iştirakı ilə baş verən yol qəzası hadisəsi zamanı xəsarət alanların kimliyi məlum olub.

"Report"un Qərb bürosu xəbər verir ki, bunlar 1941-ci il təvəllüdlü Alim Cəfərov, 1964-cü il təvəllüdlü Rafael Qafarov, 1992-ci il təvəllüdlü Aqil Bayramov və 2006-cı il təvəllüdlü Elmir Hüseynovdur.

A.Cəfərovun vəziyyəti ağır olaraq qiymətləndirilir.

13:04

Gəncə-Göygöl avtomobil yolunda üç avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, "İsuzu" markalı sərnişin avtobusu, "VAZ-2107" və "Passat" markalı avtomobillər toqquşub.

Qəza nəticəsində beş nəfər xəsarət alıb və yaralılar xəstəxanaya yerləşdiriliblər.

Hadisə nəticəsində yolda tıxac yaransa da, sonradan nəqliyyat vasitələrin hərəkəti bərpa edilib.

Faktla bağlı araşdırmalar aparılır.

Digər xəbərlər