Göyçay rayonunda yük və minik avtomobilləri toqquşub, xəsarət alanlar var.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Potu kəndində qeydə alınıb.
Hərəkətdə olan yük avtomobilinin minik maşını ilə toqquşması nəticəsində xəsarət alan dörd nəfər Göyçay Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.
Onlardan 3-nə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. Bir nəfərin müalicəsi xəstəxanada davam edir.
Faktla bağlı araşdırma aparılır.