Göyçayda azyaşlı hovuzda boğularaq ölüb

Bakı. 4 iyul. REPORT.AZ/ Göyçayda azyaşlı hovuzda boğularaq ölüb. 

“Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb. 

Nazirlikdən bildirilib ki, iyulun 2-də Göyçay rayon sakini, azyaşlı Rövşən Quliyev hovuza düşərək boğulub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər