Göyçayda avtomobil piyadanı vuraraq öldürüb

Göyçayda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayon mərkəzində qeydə alınıb.

Sürücü Ağakərim Ağayev idarə etdiyi "VAZ-2107" markalı avtomobillə hərəkətdə olarkən piyada, 41 yaşlı Taleh Əliyevi vurub.

Hadisə nəticəsində xəsarətlər alan piyada xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırmalar aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47