Göyçayda avtomobilin vurduğu piyada xəstəxanada ölüb - YENİLƏNİB

Göyçay. 13 oktyabr. REPORT.AZ/  Göyçay rayonun avtomobilin vurduğu piyada xəstəxanada ölüb. 

"Report"un yerli bürosu xəbər verir ki, Göyçay rayonunun Mırtı kənd sakini, 1978-ci il təvəllüdlü Şəmsi Həsrətov idarə etdiyi "Mercedes-Benz" markalı avtomobillə Niyaməddin Məmmədovu vurub. Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən N.Məmmədov həkimlərinsəyinə baxmayaraq orada ölüb. 

Faktla bağlı araşdırmalar davam etdirilir. 


***23:46

Göyçay 12 oktyabr. REPORT.AZ/ Göyçay rayonunda avtomobilin vurduğu piayada xəstəxanada ölüb. 

“Report”un Şirvan bürosunun məlumatına görə, hadisə Bakı-Şamaxı-Yevlax yolunun 219-cu km-də - Göyçay ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, naməlum avtomobil yolu keçmək istəyən Niyaməddin Məmmədovu vurub.Yaralı ağır bədən xəsarətləri ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xırdalanda restoran yanıb 04 sentyabr, 2026 / 09:37