Goranboyda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb.
“Report”un xəbərinə görə, hadisə noyabrın 24-də Goran-Naftalan avtomobil yolunun 6-cı kilometrliyində baş verib.
Belə ki, Tərtər rayon sakini, 1979-cu il təvəllüdlü Samir Qaçay oğlu Nuriyev idarə etdiyi “Renault Megane” markalı avtomobillə Naftalan rayon istiqamətində hərəkətdə olan zaman piyada, rayonun Qızılhacılı qəsəbə sakini, 1983-cü il təvəllüdlü Rauf Həsənovu vuraraq öldürüb.
Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.