Goranboyda "Chevrolet" markalı avtomobillə traktorun toqquşması nəticəsində 2 nəfər xəsarət alıb.
"Report"un Qərb bürosunun məlumatına görə, qəza zamanı minik avtomobilinin sərnişini, 1981-ci il təvəllüdlü C.Nazarova və daha bir nəfər xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib, onların vəziyyəti qənaətbəxş hesab olunur.
Faktla bağlı araşdırma aparılır.
19:07
Goranboy rayonunda xəsarətlə nəticələnən yol qəzası olub.
"Report"un Qərb bürosunun məlumatına görə, şəhər ərazisində "Chevrolet" markalı avtomobil traktorla toqquşub. Zərbənin gücündən traktor aşıb. Qəza zamanı xəsarət alanlar var.
Hadisə yerinə təcili tibbi yardım briqadası və yol polisi əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.