Goranboyda minik avtomobili aşıb, altı nəfər xəsarət alıb

Goranboyda minik avtomobili aşıb, xəsarət alanlar var.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Rəhimli kəndində qeydə alınıb.

"Hyundai" markalı avtomobilin aşması nəticəsində 1989-cu il təvəllüdlü E. Şirinova, 1980-ci il təvəllüdlü S.Məmmədova, 1982-ci il təvəllüdlü L. Abdullayeva, 1978-ci il təvəllüdlü S. Məmmədova, 1981-ci il təvəllüdlü Y.Məmmədova, 1988-ci il təvəllüdlü A.Haqverdiyeva bədən xəsarətləri alıblar.

Zərərçəkənlər xəstəxanaya çatdırılıb, vəziyyətləri kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Sumqayıtda yük avtomobili aşıb 24 dekabr, 2025 / 13:04