Goranboyda avtomobil qəzası olub, xəsarət alanlar var 

Bakı-Qazax avtomobil yolunun Goranboy rayon ərazisindən keçən hissəsində 2 nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, avtomobilin idarəetmədən çıxması nəticəsində 1994-cü il təvəllüdlü Şəfa Quluzadə və 1993-cü il təvəllüdlü Novruz Nəcəfov müxtəlif bədən xəsarətləri alıb.

Hər ikisi xəstəxanaya yerləşdirilib, onların vəziyyəti kafi və orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Sarayda minik avtomobili yanıb 01 mart, 2026 / 19:58
Şamaxıda zəlzələ baş verib 28 fevral, 2026 / 23:26