Goranboyda avtomobil piyadanı vuraraq öldürüb

Goranboyda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Bakı-Qazax-Gürcüstan magistral avtomobil yolunun Dəliməmmədli şəhərindən keçən hissəsində qeydə alınıb.

İlkin məlunata görə, avtomobil şəxsiyyəti hələ məlum olmayan təxminən 40-45 yaşlı kişini vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Onun şəxsiyyəti dəqiqləşdirilir.

Hadisə yerinə yol-polisi əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma başlanılıb.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47