Goranboyda avtomobil maneəyə çırpılıb, xəsarət alanlar var 

Goranboy rayonunun Dəliməmmədli şəhər ərazisində minik avtomobili maneəyə çırpılıb, 3 nəfər xəsarət alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, "Lifan" markalı minik avtomobilinin qəzaya uğraması nəticəsində 1997-ci il təvəllüdlü Eltun Məmmədov və daha 2 nəfər xəsarət alıb.

Onlar xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Azər Qasımlıya hökm oxunub 11 mart, 2026 / 16:27