Goranboyda avtomobil 79 yaşlı piyadanı vuraraq öldürüb

Goranboy rayonunda 1947-ci il təvəllüdlü Elman Həsənovu avtomobil vurub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Veyisli kəndi ərazisində qeydə alınıb.

"VAZ-2107" markalı avtomobilin vurduğu piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47