Goranboyda 52 yaşlı piyadanı avtomobil vuraraq öldürüb

Goranboy. 29 oktyabr. REPORT.AZ/ Axşam saatlarında Goranboyda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, 1964-cü il təvəllüdlü rayon sakini Babayev Vidadi Həbib oğlu yolu keçmək istəyərkən "QAZ - 3110" markalı avtomobil tərəfindən vurulub.

Ağır xəsarətlər alan piyada Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılarkən yolda keçinib.

Faktдa bağlı Goranboy rayon Polis şöbəsində araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47