Gəncədə zəncirvari yol qəzası baş verib

Gəncə. 16 sentyabr. REPORT.AZ/ Gəncə şəhərində zəncirvari yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, şəhərin Nəriman Nərimanov prospektinə gedən yolda, "köhnə avtovağzal" deyilən ərazidə "Mazda", "Mercedes" və iki "VAZ-2107" markalı avtomobil toqquşub.

Qəza zamanı zərbənin gücündən "Mazda" markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Hadisə nəticəsində bir neçə nəfər yaralanıb. Zərərçəkmişlər şəhərdə yerləşən özəl və dövlət xəstəxanalarına aparılıblar.

Qəzanın səbəbləri araşdırılır.

Digər xəbərlər

Lerikdə zəlzələ olub 17 sentyabr, 2026 / 16:14
İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50
Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45