Gəncədə yolu keçmək istəyən sürücünü avtomobil vurub

Gəncə. 6 noyabr. REPORT.AZ/ Gəncə şəhərində sürücünü avtomobil vurub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə İmamzadə kompleksinə gedən yolda baş verib. 

Belə ki, Anar Zeynalov yolu keçib motosikletinə əyləşmək istəyərkən "Mercedes" markalı avtomobil tərəfindən vurularaq müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı yaxınlıqdakıların köməyi ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti ağır olaraq qiymətləndirilir.

"Mercedes" markalı avtomobilin sürücüsü hadisə yerindən qaçıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39