Gəncədə yolu keçmək istəyən piyadanı maşın vuraraq öldürüb

Gəncədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, şəhərin Yeni Gəncə yaşayış massivində hərəkətdə olan avtomobil yolu keçmək istəyən piyada Anar Sadiqovu vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanalardan birinə aparılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma başlanılıb.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47