Gəncə şəhərində yol qəzası baş verib.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Yeni Gəncə qəsəbəsində qeydə alınıb.
Belə ki, iki avtomobilin toqquşması nəticəsində 1970-ci il təvəllüdlü Əfqan Allahverdiyev xəsarət alıb. Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılan yaralının vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.