Gəncədə yol qəzası baş verib, xəsarət alan var

Gəncə. 28 yanvar. REPORT.AZ/ Gəncə şəhərində yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Yeni Gəncə qəsəbəsi, 28 may küçəsində qeydə alınıb.

"Mercedes-Benz" markalı avtomobilin başqa bir avtomobillə toqquşması nəticəsində 1959-cu il təvəllüdlü Fikrət Məmmədov xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 19 fevral, 2026 / 17:41