Gəncədə yerli sakin işə gedərkən naməlum şəxslər tərəfindən döyülüb

Gəncə. 21 sentyabr. REPORT.AZ/ Gəncə şəhər sakini naməlum şəxslər tərəfindən döyülüb.

"Report"un Qərb bürosunun məlumatına görə, şəhər sakini, 1982-ci il təvəllüdlü Mustafayev Rəşad Muraz oğlu işə gedərkən küçədə tanımadığı naməlum şəxslərin hücümüna məruz qalaraq döyülüb. 

O, ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. 

Baş verən hadisə ilə bağlı araşdırma aparılır.

Digər xəbərlər

Azərbaycanda zəlzələ olub 26 noyabr, 2026 / 20:56