Gəncədə sərnişin avtobusu qəzaya düşüb, yaralılar var - YENİLƏNİB

Gəncə. 7 noyabr. REPORT.AZ/ Gəncədə baş verən yol qəzasında xəsarət alan şəxslərin adı məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, sərnişin avtobusu ilə minik avtomobilinin toqquşması nəticəsində Gəncə şəhər sakinləri, iki qardaş - 1976-cı il təvəllüdlü Natiq Əhmədov və 1978-ci il təvəllüdlü Fədail Əhmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya çatdırılıb və hər iki qardaşın vəziyyətinin orta-ağır olduğu bildirilir.


***12:19

Gəncə. 7 noyabr. REPORT.AZ/ Gəncə şəhərində sərnişin avtobusu qəzaya düşüb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində, baş verib. 

Belə ki, şəhər daxilində sərnişin daşıyan "İsuzu" markalı avtobusla "VAZ-21015" markalı minik avtomobili ilə toqquşub.  Hadisə şahidlərinin verdiyi məlumata görə, qəza nəticəsində bir neçə nəfərin xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırlılb. 

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47