Gəncədə sərnişin avtobusdan yıxılaraq xəsarət alıb

Gəncə. 3 mart. REPORT.AZ/ Gəncə şəhərində sərnişin marşrut avtobustan düşən zaman yıxılaraq xəsarət alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, müxtəlif bədən xəsarətləri alan 1962-ci il təvəllüdlü Cəvahir Saleh qızı İbrahimova xəstəxanaya aparılıb və travmatologiya şöbəsinə yerləşdirilib.

Onun vəziyyətinin hazırda qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47