Gəncə. 9 dekabr. REPORT.AZ/ Gəncə şəhərində bıçaqlanma baş verib. "Report"un Qərb bürosunun verdiyi məlumata görə, hadisə dekabrın 7-də Nizami (Gəncə) rayonu ərazisində qeydə alınıb.
Belə ki, Gəncə şəhər sakini Səadət Verdiyeva bıçaqla qətlə yetirilib.
Polis və prokurorluq orqanlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı qətli törətməkdə şübhəli bilinən Goranboy rayon sakini, əvvəllər məhkum olunan Famil Məmmədov tutulub.
Faktla bağlı araşdırmalar davam etdirilir.