Gəncədə piyadanın ölümünə səbəb olan sürücü saxlanılıb

Gəncə. 12 avqust. REPORT.AZ/ Gəncə şəhərində piyadanın ölümünə səbəb olan sürücü saxlanılıb.

"Report"un Qərb bürosunun məlumatına görə, axşam saatlarında şəhərin Heydər Əliyev prospektində yolu qarşı tərəfə keçmək istəyən 1990-cı il təvəllüdlü Baxşıyeva Sahilə Zabit qızını "VAZ-2106" markalı avtomobillə vurub öldürən sürücü Əfqan Əliyev saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Faktla bağlı araşdırma davam edir.

Digər xəbərlər

Naxçıvanda avtobus yanıb 10 iyul, 2026 / 15:02