Gəncədə piyadanın ölümü ilə bağlı cinayət işi açılıb - VİDEO - YENİLƏNİB

Video əlavə olunub


*** 19:54

Gəncə. 28 fevral. REPORT.AZ/ Gəncə şəhərində piyadanın ölümü ilə bağlı cinayət işi açılıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə ötən gün axşam saatlarında şəhərin Mirzə Abbas Abbaszadə küçəsində qeydə alınıb. 

Belə ki, 1998-ci il təvəllüdlü Uday Məmmədov idarə etdiyi Niva markalı avtomobillə yolu qarşı tərəfə keçmək istəyən 1970-ci il təvəllüdlü Sara Habil qızı Süleymanovanı vurub. Nəticədə piyada müxtəlif dərəcəli ağır xəsarətlər alıb. Yaralı xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (nəqliyyatda ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Digər xəbərlər