Gəncə. 24 fevral. REPORT.AZ/ Gəncə şəhərində piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Şah İsmayıl Xatai prospektində qeydə alınıb.
Yolu qarşı tərəfə keçmək istəyən 1983-cü il təvəllüdlü Pirvediyev Məmməd Çingiz oğlunu "VAZ-2107" markalı avtomobil vurub. Yaralı elə hadisəni törədən sürücü tərəfindən xəstəxanaya aparılıb. Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Daha əvvəl Bakıda piyada avtobusun altında qalıb.