Bakı. 5 avqust. REPORT.AZ/ Gəncə şəhərinin Kəpəz rayonunda “Azərbaycan Dəmir Yol” QSC məxsus TM-2 markalı teplovozun mühərrik hissəsi yanıb.
“Report” Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, teplovozun qalan hissəsi və ona qoşulmuş 6 ədəd içərisində neft məhsulu olan çənlər yanğından mühafizə olunub.
Yanğın saat 16:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.