Gəncədə müəllim bıçaqlanıb - YENİLƏNİB

Gəncə. 11 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) Gəncə şəhərində bıçaqlanmış müəllimin bu ali təhsil ocağında işləməsi barədə yayılan məlumatlara münasibət bildirib.

ADAU-dan "Report"un Qərb bürosuna bildirilib ki, bu universitetdə Sənan Tahirov ad-soyadlı müəllim çalışmır və universitetin ərazisində hər hansı bir bıçaqlanma hadisəsi olmayıb.

Qeyd edək ki, bıçaqlanan şəxsin şəhərdə fəaliyyət göstərən kurslardan birinin müəllimi olduğu bildirilir.


*** 16:58

Gəncə. 11 oktyabr. REPORT.AZ/ Gəncə şəhərində müəllim bıçaqlanıb.

"Report"un Qərb bürosunun məlumatına görə, 1985-ci il təvəllüdlü Sənan Vəli oğlu Tahirov otağında bıçaqlanıb. 

Yaralı xəstəxanaya yerləşdirilib. 

Onun şəhərdə fəaliyyət göstərən kursların birinin müəllimi olduğu bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47