Gəncədə mübahisə zəminində gənc oğlan bıçaqlanıb

Gəncə. 3 may. REPORT.AZ/ Axşam saatlarında Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, 1999-ci il təvəllüdlü şəhər sakini Ələkbərov Elvin Etibar oğlu mübahisə zəminində tanışı tərəfindən bıçaqlanıb.

Yaralı yaxınlıqdakıların köməkliyi ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. O, dərhal həkimlər tərəfindən əməliyyat olunub. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hadisəni törədən şəxsin saxlanılması istiqamətində axtarış-əməliyyat tədbirləri görülür. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47