Gəncədə minik avtomobili yanıb

Gəncə. 3 noyabr. REPORT.AZ/ Gəncə şəhərində yanğın hadisəsi baş verib.

"Report"un Qərb bürosu xəbər verir ki, hadisə şəhərin Nizami rayonu ərazisində qeydə alınıb. Nəticədə şəhər sakininə məxsus "Mercedes" markalı minik avtomobilinin mühərrikində elektrik avadanlıqları yanıb. Hadisə yerinə Gəncə Şəhər Yanğından Mühafizə Xidmətinin iki yanğınsöndürən maşını cəl edilib. Avtomobil söndürülsədə istifadəyə yarasız hala düşüb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Digər xəbərlər

Azər Qasımlıya hökm oxunub 11 mart, 2026 / 16:27
Kürdəmirdə 4 otaqlı ev yanıb 09 mart, 2026 / 15:54