Gəncədə maşın vuran piyada xəstəxanada ölüb

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alan piyada yerləşdirildiyi xəstəxanada ölüb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, noyabrın 29-da şəhərin Yeni Gəncə qəsəbəsi ərazisində avtomobilin vurduğu piyada, 1989-cu il təvəllüdlü Məlahət Musayeva bu gün yerləşdirildiyi xəstəxanada vəfat edib.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Digər xəbərlər

Sumqayıtda yol çöküb 21 noyabr, 2026 / 09:18