Gəncədə külək irigövdəli ağacları aşırıb, qəbir daşlarına zərər dəyib

Gəncə şəhərində külək qəbiristanlıqda irigövdəli ağacları aşırıb, qəbir daşlarına zərər dəyib.

"Report"un Qərb bürosunun məlumatına görə, güclü külək nəticəsində Gəncə-Daşkəsən yolunun yaxınlığında olan qəbiristanlıqda irigövdəli ağaclar aşaraq bir neçə qəbir daşına zərər vurub.

Qeyd edək ki, dünən axşam saatlarında Gəncə şəhərində güclü külək əsib.

Digər xəbərlər

Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14