Gəncə. 25 may. REPORT.AZ/ Gəncə şəhərində 2 piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Qərb bürosunun məlumatına görə, 1993-cu il təvəllüdlü yerli sakin Aydın Quliyev Poçt qəsəbəsində yolu keçmək istəyən zaman onu avtomobil vurub.
Digər vurulan şəxs şəhər sakini 1957-ci il təvəllüdlü Kifayət İbrahimovadır. Hadisə qadın yolun qarşı tərəfinə keçmək istəyən zaman baş verib.
Yaralılar xəstəxanaya yerləşdirilib və həkimlər tərəfindən onlara müvafiq tibbi yardım göstərilib. Qadının vəziyyəti orta-ağır, kişininki isə qənaətbəxşdir.
Hər iki hadisə ilə bağlı araşdırma aparılır.