Gəncədə kişi həyat yoldaşının qohumları tərəfindən bıçaqlanıb

Gəncə. 25 fevral. REPORT.AZ/ Gəncə şəhərinin Məhsəti qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.

"Report"un Qərb bürosu xəbər verir ki, 1993-cu il təvəllüdlü Rzayev Emin Habil oğlu həyat yoldaşının qohumları tərəfindən bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Digər xəbərlər

Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14