Gəncədə intihar hadisəsi olub 

Gəncə şəhərində 62 yaşlı kişi özünü asaraq intihar edib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Məhsəti qəsəbəsi, 8-cı küçədəki evlərin birində qeydə alınıb.

Qəsəbə sakini, 1960-cı il təvəllüdlü Allahverdi Budaq oğlu Xanəhmədov özünü asaraq intihar edib.

Onun hansı səbəbdən intihar etdiyi məlum deyil.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Digər xəbərlər

Azər Qasımlıya hökm oxunub 11 mart, 2026 / 16:27