Gəncədə iki piyadanı avtomobil vurub

Gəncə. 27 dekabr. REPORT.AZ/ Gəncə şəhərində iki piyadanı avtomobil vurub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Yeni Gəncə qəsəbəsində qeydə alınıb.

Belə ki, "VAZ-2106" markalı avtomobil yolu keçmək istəyən iki piyadanı vurub. Hər iki yaralı qəzanı törədən sürücü tərəfindən xəstəxanaya çatdırılıb. İlkin məlumatlara görə, yaralılardan birinin ayağı sınıb, digəri isə kəllə-beyin travması alıb.

Bunlar Daşkəsən rayon sakinləri - 1972-ci il təvəllüdlü Etibar Bağırov və 1963-cü il təvəllüdlü Qafqaz Rəhimovdur. Onların sərxoş vəziyyətdə yolu keçdikləri bildirilir. 

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

DİN: Həftəsonu 17 silah aşkarlanıb 14 sentyabr, 2026 / 12:48