Gəncədə iki həmyerlisini bıçaqlayan şəxs tutulub

Bakı. 24 oktyabr. REPORT.AZ/ Gəncə şəhərində həmyerlisini bıçaqlayan şəxs tutulub. "Report"un Qərb bürosu xəbər verir ki, oktyabrın 22-də naməlum şəxs tərəfindən Gəncə şəhər sakinləri Abdulla Paşayev və Şair Kərimov bıçaqlanıb. Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

Kəpəz Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində  A.Paşayevi və Ş.Kərimovu bıçaqlayan şəxsin şəhər sakini Məcid Süleymanov olduğu müəyyən olunub. O, tutularaq istintaqa cəlb edilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47