Gəncədə gün ərzində ikinci intihar hadisəsi olub 

Gəncədə gün ərzində ikinci intihar hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Cavadxan qəsəbəsində baş verib.

Belə ki, 27 yaşlı Vəliyev Cavid Faiq oğlu zirzəmidə özünü asaraq intihar edib.

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Onun meyiti müayinə üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər Şöbəsinə aparılıb.

Xatırladaq ki, bundan öncə daha bir intihar hadisəsi şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb. Hər iki faktla bağlı araşdırmalara başlanılıb.

Digər xəbərlər

Azər Qasımlıya hökm oxunub 11 mart, 2026 / 16:27