Gəncədə gənc oğlan bıçaqlanıb

Gəncə şəhərində bıçaqlanma hadisəsi olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Dəmiryolu vağzalı yaxınlığında qeydə alınıb.

Anar adlı gənc (soyadı dəqiqləşdirilir-red) döş qəfəsindən və qarın boşluğundan bıçaqlanıb. O, ağır halda xəstəxanaya aparılıb və cərrahiyyə əməliyyatı olunub. Yaralının vəziyyətinin ağır olduğu bildirilir. 

Hadisənin səbəbləri və kim tərəfindən törədildiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Cəlilabadda ev təmamilə yanıb 27 iyun, 2026 / 12:04
Kadir İnanır vəfat edib 26 iyun, 2026 / 19:30