Gəncədə evdə qaz balonu partlayıb, xəsarət alan var

Gəncədə evdə qaz balonu partlayıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə nəticəsində Gəncə şəhər sakini, 65 yaşlı E.Həsənov müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

Zərərçəkən xəstəxanaya yerləşdirilib, vəziyyəti orta ağır qiymətləndirilir.

Hadisənin ehtiyatsızlıqdan qeydə alındığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Sumqayıtda yük avtomobili aşıb 24 dekabr, 2025 / 13:04
Xəzər dənizində zəlzələ olub 23 dekabr, 2025 / 08:59