Gəncədə baş vermiş yol qəzasında 2 nəfər xəsarət alıb

Gəncə. 29 aprel. REPORT.AZ/ Gəncə şəhərində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Gəncə-Göygöl avtomobil yolunun Gülüstan qəsəbəsindən keçən hissəsində baş verib.

Belə ki, "Niva" markalı avtomobil hərəkətdə olarkən qarşı tərəfdən gələn "VAZ-21011" markalı avtomobillə toqquşub. Nəticədə "VAZ-21011"-in sürücüsü, 1980-ci il təvəllüdlü Ceyhun Yüsibov və sərnişini, əmisi oğlu, 1992-ci il təvəllüdlü Elşən Yüsibov müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Digər avtomobildə olanlardan isə xəsarət alanlar olmayıb.

Faktla bağlı araşdırma aparılır.                       

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 19 fevral, 2026 / 17:41