Gəncə. 30 noyabr. REPORT.AZ/ Gəncə şəhərində avtomobil piyadanı vurub.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.
Piyada "QAZ-3110" markalı avtomobillə vurulub və yaralı sürücü tərəfindən Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılaraq Travmatologiya şöbəsinə yerləşdirilib.
Onun 20-25 yaşlarında olduğu bildirilir. Yaralının şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.