Gəncədə 76 yaşlı kişini avtomobillə vuraraq öldürən sürücü saxlanılıb

Gəncə. 17 mart. REPORT.AZ/ Gəncə şəhərində 76 yaşlı kişini avtomobillə vuraraq öldürən sürücü saxlanılıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Yeni Gəncə qəsəbəsində baş verib. 

Daşkəsən rayon sakini, 1993-cü il təvəllüdlü Ruzi Qafar oğlu Bayramov idarə etdiyi " VAZ -2106" markalı avtomobillə Gəncə şəhər sakini Knyaz Bayramovu vurub. Sürücü K.Bayramovu xəstəxanaya apararkən o, yolda dünyasını dəyişib. 

Hadisəni törədən R.Bayramov saxlanılıb. 

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47