Gəncədə dönərdən zəhərlənən şagirdlər evə buraxılıb, AQTA araşdırmalara başlayıb - YENİLƏNİB

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Gəncədə orta məktəb şagirdlərinin zəhərlənməsi ilə bağlı araşdırmalara başlayıb.

Bu barədə "Report"a AQTA-dan məlumat verilib.

Bildirilib ki, hadisənin səbəblərinin, həmçinin qida zəhərlənməsi olub-olmamasının müəyyənləşdirilməsi məqsədilə agentliyin mütəxəssisləri müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalara başlayıb. Məsələ nəzarətə götürülüb.

"Report"un Qərb bürosunun məlumatına görə, Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunan və dəqiqləşdirilməmiş mənşəli qastroenteritlər və kolitlər diaqnozu təyin edilən 8 nəfərə zəruri tibbi xidmətlər göstərilib, vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

Sevil Seymur

Gəncədə orta məktəb şagirdləri qidadan zəhərlənib.

"Report"un Qərb bürosunun məlumatına görə, 7 nəfər qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya müraciət edib.

Onların orta məktəb şagirdləri olduqları və dönərdən zəhərləndikləri ehtimal edilir. Zərərçəkənlərin hamısına tibbi yardım göstərilib, vəziyyətləri qənaətbəxş qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər