Gəncədə 62 yaşlı qadını maşın vurub

Gəncə. 4 noyabr. REPORT.AZ. Gəncədə 62 yaşlı qadını avtomobil vurub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında şəhərin Ərdəbil küçəsində baş verib. Gəncə şəhər sakini, 1954-cu il təvəllüdlü Mariya Şahmalı qızı Qayıbovanı avtomobil vurub. Yaralı təcili tibbi yardım maşını ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb və əməliyyata götürülüb. Onun vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Azər Qasımlıya hökm oxunub 11 mart, 2026 / 16:27