Gəncədə 47 yaşlı kişi bıçaqlanıb

Gəncə. 1 iyun. REPORT.AZ/ Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib

"Report"un Qərb bürosunun verdiyi məlumata görə, hadisə bu gün axşam saatlarında şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb. 

Belə ki, qəsəbə sakini, 1970-ci il təvəllüdlü Elşən Tapdıq oğlu Həsənov naməum şəxs tərəfindən bıçaqlanıb. Yaralı Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb və əməliyyata alınıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər