Gəncə şəhərində 33 yaşlı şəxs bıçaq xəsarətləri alıb.
"Report"un Qərb bürosunun məlumatına görə, 1990-cı il təvəllüdlü E.Nağıyev bir neçə bıçaq xəsarəti alıb və xəstəxanaya yerləşdirilib.
Onun hansı şəraitdə və kim tərəfindən bıçaqlandığı hələ məlum deyil.
Faktla bağlı araşdırma aparılır.