Gəncədə 27 yaşlı kişi bıçaqlanıb

Gəncə. 10 yanvar. REPORT.AZ/ Gəncə şəhərində 27 yaşlı gənc bıçaqlanıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin "Keçəllər" deyilən ərazisində qeydə alınıb.

Belə ki, Gəncə şəhər sakini, 1991-ci il təvəllüdlü Azər Ələsgərov naməlum şəxs tərəfindən küçədə bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib. Onun əməliyyatdan sonra vəziyyətinin orta-ağır olduğu bildirilir.

Onu bıçaqlayan şəxs isə hadisə yerindən qaçıb. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən hadisənin səbəbləri araşdırılır və cinayəti törədən şəxsin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Digər xəbərlər

Kürdəmirdə 6 otaqlı ev yanıb 06 mart, 2026 / 11:24