Gəncədə 2 avtomobil toqquşub, xəsarət alanlar var

Gəncə. 8 dekabr. REPORT.AZ/ Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. 

"Report"un Qərb bürosunun verdiyi məlumata görə, qəza şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb. 

Belə ki, işıqforun qırmızı işığı zamanı keçən "VAZ-2107" markalı avtomobil "VAZ-2107" markalı digər minik maşınına çırpılıb. Nəticədə 2 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır. 

Digər xəbərlər

Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45
DİN: Həftəsonu 17 silah aşkarlanıb 14 sentyabr, 2026 / 12:48