Gəncədə 13 yaşlı oğlanın əlində pirotexniki maddə partlayıb

Gəncə. 21 dekabr. REPORT.AZ/ Gəncə şəhərində 13 yaşlı oğlanın əlində pirotexniki vasitə partlayıb.

"Report"un Qərb bürosunun məlumatına görə, şəhər sakini, 2005-ci il təvəllüdlü Xəyal Rüstəmov partlayıcı pirotexniki maddədən istifadə edən zaman ehtiyatsızlıqdan özünə xəsarət yetirib. Müxtəlif bədən xəsarətləri alan yeniyetmə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 19 fevral, 2026 / 17:41